Loading...

Azərbaycan ilk dəfə Google AI Hackathon yarışı baş tutacaq!

10 May, 2024 icon-read 12994 view
news-picture

Tədbir haqqında

Süni intellekt (Sİ) həvəskarının diqqətinə. “Google AI Hackathon”a xoş gəlmisən!

Burada sən komandan ilə birlikdə “Google”un möhtəşəm Sİ platforması olan “Gemini”dən istifadə edərək müəyyən mövzularla bağlı yenilikçi həllər tapacaqsan. Böyük mükafatı qazanmaq, bacarıqlarını və süni intellekt həvəskarları ilə əlaqələrini gücləndirmək üçün yarışacaqsan. Bu həyəcanlı tədbir sənin kimi bacarıqlı fərdləri bir araya gətirərək sərhədlərini sınayıb, innovativ həllər yaratmağa sövq edəcək.

 

Hackaton nədir?

“Hakathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir. Hakatonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaqdır.

 

“Google AI Hackathon” şərtləri

Tədbir 8 İyun saat 8:00-dan 9 İyun saat 20:30 a dək də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (Atatürk prospekti 89) baş tutacaq.

Komandalar püşkatma nəticəsində aldıqları tapşırığa əsasən bir məhsul yaradacaq və protatip hazırlayacaq.

Münsiflər tərəfindən dəyərləndirilərək seçilən komandalar mükafat qazanacaqlar. Mükafatlar 1-ci yer komanda üçün 3000 AZN, 2-ci yer komanda üçün 2000 AZN, 3-cü yer komanda üçün isə 1000 AZN təşkil edir.

 

Qaydalar

  • Komandalarda 3 və ya 4 nəfər olmalıdır.
  • Komandalar mentorlardan dəstək alacaq.
  • Gecələmək istəyə görə dəyişir.
  • Komandalar süni intellekt alətlərindən istifadə edərək verilmiş mövzular üzrə bir məhsul yaratmalıdırlar.

 

Kimlər qoşula bilər?

  • Developerlər və proqramçılar: Süni İntellekt istifadə edərək kodlaşdırma ilə innovativ həllər yaratmaq istəyən texnologiya həvəskarları
  • Yaradıcı beyinlər: Unikal istifadəçi təcrübəsi yaratmaq üçün süni intellektin sərhədlərini sınayacaq dizaynerlər, yazarlar, hekayəçilər.
  • Problem həll edənlər: Süni intellekti real həyət təcrübələrinə tətbiq edəcək müxtəlif sahələrdən fərdlər.
  • Sİ həvəskarları: Süni intellektə və öyrənməyə həvəsi olan, öz potensialını kəşf etmək istəyən hər kəs.

 

Mövzular hansılardır?

  • Təbiət üçün Sİ: Ətraf mühitin və ya sosial problemlər üçün həllər.
  • Fiziki məhdudiyyətli şəxslər üçün Sİ: Süni intellekti qüsurlu şəxslər üçün daha əlçatan və istifadəyə yararlı hala gətirmək üçün həllər.
  • Sağlamlıq üçün Sİ: Xəstəlik diaqnozunu, müalicə prosesini inkişaf etdirmək üçün həllər
  • Biznes üçün Sİ: Biznesin səmərəliliyini və rəqabətin qabiliyyətini artıracaq həllər

 

Mentorlar kim olacaq?

  • Dizayn düşüncəli ekspertlər.
  • Texnologiya ekspertləri (“AI engineer” “ML engineer” və s)
  • Süni intellektin etik dəyərləndirmə ekspertləri

 

Münsiflər kim olacaq?

Münsiflər irəliləyən günlərdə "Tech Academy”nin “Instagram” profilindən paylaşılacaq. Profilinə keçmək üçün buraya klik edin.

 

Tədbir planı

Gün 1

Səhər sessiyası: Introduction to AI

  • 9:00 AM - 9:30 AM: Açılış mərasimi
  • 9:30 AM - 10:00 AM: Mövzuların paylanması
  • 10:00 AM - 1:00 PM: Yarışın başlaması və ilk mentor görüşü
  • 1:00 PM - 2:00 PM: Nahar fasiləsi
  • 2:00 PM - 19:00 PM: Yarışın davamı 
  • 19:00 PM - 20:00 PM: Şam Yeməyi
  • 20:00 PM - 8:30 AM: Yarışın davamı və gecələmə

Gün 2:

  • 9:30 AM - 10:30 AM: Səhər yeməyi
  • 10:30 AM - 1:00 PM: ikinci mentor görüşü
  • 1:00 PM - 2:00 PM: Nahar fasiləsi
  • 2:00 PM - 5:00 PM: Yarışın davamı 
  • 5:00 PM - 6:30 PM: Layihə Demoları və Təqdimatlar
  • 6:30 PM - 7:30 PM: Şam yeməyi
  • 7:30 PM - 8:00 PM: Müzakirə və Mükafatındırılma
  • 8:00 PM - 8:30 PM: Bağlanış mərasimi  

Google AI Hackathon tədbirinin rəsmi sponsoru Bakcell-dir.

Qeydiyyat artıq tamamlanmışdır 🙂