Loading...

Proqramlaşdırma dilləri beynəlmiləl dillər olduğundan Tech Academy-də əldə etdiyin proqramlaşdırma bilikləri dünyanın istənilən yerində sənə axtarılan kadr olmağa kömək edəcək.

Akademiyamızda Back End veb proqramlaşdırma,Front End veb proqramlaşdırma,Full Stack veb proqramlaşdırma,QA,UX/UI dizayn,Data Analitika,Data Science kursları tədris edilir.

Akademiyamızda Full Stack Veb Proqramlaşdırma, Front End Veb Proqramlaşdırma və QA kurslarımız həm əyani, həm də distant (online) formada tədris edilir.

Kursu uğurla bitirmiş məzunlarımıza əməkdaşlıq etdiyimiz şirkətlərdə təcrübə proqramı təşkil edir, onlara həmçinin karyera dəstəyi göstəririk.

Akademiyamız Atatürk prospekti 95,Gənclik plazada yerləşir. Ünvan Gənclik metro stansiyasına yaxındır.

Kurslarımızda iştirak edib proqramlaşdırmanı öyrənməyin üçün ingilis dili biliyi tələb olunmur, lakin qlobal bazarı izləyib, sahənlə bağlı daim araşdırma edib yaxşı bir proqramçı ola bilməyin üçün ingilis dili öyrənməyini tövsiyə edirik.

Akademiyamızda mütəmadi olaraq, müxtəlif proqramlar üzrə sınaq dərsləri təşkil edilir. Dərslərin elanı Tech Academy-nin rəsmi səhifələrində (Facebook, İnstagram, www.tech.edu.az ) verilir. Bizi izləyərək sınaq dərslərimizdən xəbərdar ola və tam ödənişsiz şəkildə iştirak edə bilərsən.

Məzunlarımız kurs müddətindəki fəaliyyətlərinə, məsuliyyət və davamiyyət göstəricilərinə əsasən 3 növ sertifikatdan birini əldə edirlər;

- Fərqlənmə sertifikatı

- Məzuniyyət sertifikatı

- İştirak sertifikatı

Bu sertifikatlardan əlavə olaraq bizim dərslərimiz beynəlxalq Standartlara əsasən hazırlanmışdır və istənilən təqdirdə:
- JavaSript Institute certificate
- Python Institute certificate
- ICDL programming certificate
- Celciport programming certificate