Loading...
ÖDƏNİŞSİZ Peşəkar Full Stack Web Developer Yetişdirmə Proqramı

Proqram haqqında: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Tech Academy Əlavə Təhsil Mərkəzi-nin birgə əməkdaşlığı ilə texnologiya sahəsində 40 nəfər yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi üçün Nazirlik tərəfindən ödənişsiz təqaüd proqramı elan edilmişdir. Təqaüd proqramında texnoloji bilik, bacarıq və şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan 15 yaş və üzəri şagirdlər, tələbələr, ali təhsilini başa vurmuş şəxslər, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən hər kəs yararlana biləcək. İştirakçıların təhsil haqları nazirlik tərəfindən ödəniləcək.

Dövrün tələblərinə uyğun olaraq hazırlanan bu qısamüddətli və intensiv tədrisi bitirən iştirakçılar işlə təmin olunma şansı qazanacaq.

Dərhal işə başlama imkanı

Proqramı yüksək nəticələrlə tamamlayan təqaüdçülərimiz təhsilini bitirdikdən dərhal sonra onlar üçün təyin olunmuş 3 aylıq təcrübə proqramına qoşulacaqlar. Təcrübə proqramını uğurla tamamlamış təcrübəçilərimizin isə dərhal iş ilə təmin olunacağına zəmanət verilir. İş təklifi almayan məzunlarımıza da növbəti mərhələlərdə təcrübə proqramı və iş imkanları əldə etmələri üçün dəstək göstəriləcək.

Məzunlarımızın uğur hekayələri

Şahin Zeynalov

Nailə Məmmədəliyeva

Nailə Məmmədəliyeva

Kurslarımız

Proqram Daxilində Tədris Etdiyimiz Kurslar
Full Stack Python Web Programming

01.11.2021 tarixindən etibarən təqaüd proqramında iştirak haqqı qazanmış təqaüdçülərimiz 12-15 nəfərlik qruplarda “Full Stack Python Web Programming” ixtisası üzrə təhsil alır və proqramçılar mühitində peşəkar proqramçı olaraq yetişmə imkanı qazanır. Tədris peşəkar veb proqramçılar tərəfindən həyata keçirilir.
Tədris 70% praktika, 30% nəzəriyyə üzərində qurulmuşdur. Tədrisin praktiki hissəsində hər qrupa ən azı 2 mentor olmaqla öyrəndiklərinizin praktiki şəkildə tətbiqində dəstək göstəriləcəkdir.
“Full Stack Python Web Programming” proqramını əhatə edən mövzu başlıqları ilə tanış olmaq üçün kurikulum yükləyin.

Full Stack JavaScript Web Programming (MERN)

01.11.2021 tarixindən etibarən təqaüd proqramında iştirak haqqı qazanmış təqaüdçülərimiz 12-15 nəfərlik qruplarda “Full Stack JavaScript Web Programming (MERN)” ixtisası üzrə təhsil alır və proqramçılar mühitində peşəkar proqramçı olaraq yetişmə imkanı qazanır. Tədris peşəkar veb proqramçılar tərəfindən həyata keçirilir.
Tədris 70% praktika, 30% nəzəriyyə üzərində qurulmuşdur. Tədrisin praktiki hissəsində hər qrupa ən azı 2 mentor olmaqla öyrəndiklərinizin praktiki şəkildə tətbiqində dəstək göstəriləcəkdir.
“Full Stack JavaScript Web Programming (MERN)” proqramını əhatə edən mövzu başlıqları ilə tanış olmaq üçün kurikulum yükləyin.

Təqaüd Proqramına Qəbul Prosesi
1
1-ci mərhələ

Qeydiyyat prosesi.
29.09.2021 - 06.10.2021

2
2-ci mərhələ

Qeydiyyat prosesində təqdim etdiyi məlumatları proqram şərtlərinə uyğun olan iştirakçıların Riyaziyyat və Məntiq üzrə online imtahanda iştirak prosesi.
07.10.2021 - 14.10.2021

3
3-cü mərhələ

2-ci mərhələdə yüksək nəticə toplayan iştirakçıların əyani şəkildə İngilis dili və Riyaziyyat və Məntiq imtahanında iştirak prosesi.
15.10.2021 - 22.10.2021

4
4-cü mərhələ

3-cü mərhələdə yüksək nəticə toplayan iştirakçıların təlimçi, pedaqoq və mütəxəssislər tərəfindən aparılan müsahibə prosesi.
23.10.2021 - 30.10.2021

Qeyd 1: Bütün mərhələləri yaxşı nəticələrlə keçən, lakin ilk 40 namizəd sırasına daxil ola bilməyən digər 40 iştirakçı Tech Academy tərəfindən 50% güzəşt imkanı əldə edir.

Qeyd 2: Hər bir mərhələ üzrə yalnız növbəti mərhələyə keçən iştirakçılara email vasitəsilə məlumat göndəriləcək.

Təhsildən sonra dəstək

Tech Academy təhsilini uğurla tamamlamış məzunlarına iş həyatında, şəxsi layihələrinin hazırlanması, bizneslərinin təşkili və inkişafında da hər zaman dəstək olur.

Komanda ilə real layihələr üzərində çalışmaq

Tech Academy sizi tədris müddətində real iş şəraitinə hazırlayır. Hər mərhələdə qrupla layihələr üzərində digər tələbələrlə əməkdaşlıq edəcək və proqramın sonunda digər qruplarda olan tələbələrdən ibarət komandalar ilə real məhsul hazırlayacaqsınız.

Tələbələrimiz

Tələbərimizin çalışdığı şirkətlər

Tələbələrimiz

Tech Academy haqqında
Eyyub Əmiraslanov
Eyyub Əmiraslanov

Front End proqramçı

Cubics Technology

Tech Akademy haqqında məlumatı bu sahə ilə məşğul olan dostlardan aldım. İnkişafa meyilli, daim yeniliklərə açıq olan kollektivi ilə tanışlıqdan sonra buranı əbəs seçmədiyimi özlüyümdə sübut etdim. 6 illik universitet həyatımda yiyələndiyim ixtisas, proqramlaşdırma sahəsi ilə kəskin fərqlənsə də, bu sahəyə marağım artmağa başlamışdı. Proqramlaşdırma ilə məşğul olmaq qərarını aldıqdan …

Sara Əhmədova
Sara Əhmədova

Rəqəmsal dəstək üzrə mütəxəssis

Rabitə Bank

Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Tech Academy bunu nəzərə alaraq Azərbaycanda və xaricdə bu sahə üzrə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafları üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. İnsanlara yeni karyera qurmaq üçün lazım olan texnoloji bacarıqları …

Kərim Kərimli
Kərim Kərimli

Front End proqramçı

Virtual Card / Lardi - Trans

Tech Academy mükəmməl bir bootcampdır. Hər zaman dediyim kimi illəri və ayları həftələrə çevirən bir düşərgədir. Hər kəsin Akademiyada sənə yanaşmağı çox xüsusidir, verdiyi təhsil və məsləhətlər yüksək səviyyədədir. Akademiyada təhsil aldığım və təhsilimdən sonrakı vaxtlarda mənə köməklik göstərən hər kəsə səmimi qəlbdən təşəkkürümü bildirirəm və əminliklə deyirəm ki Tech …

Eyyub Əmiraslanov
Front End proqramçı Cubics Technology
Tech Akademy haqqında məlumatı bu sahə ilə məşğul olan dostlardan aldım. İnkişafa meyilli, daim yeniliklərə açıq olan kollektivi ilə tanışlıqdan sonra buranı əbəs seçmədiyimi özlüyümdə sübut etdim. 6 illik universitet həyatımda yiyələndiyim ixtisas, proqramlaşdırma sahəsi ilə kəskin fərqlənsə də, bu sahəyə marağım artmağa başlamışdı. Proqramlaşdırma …
Sara Əhmədova
Rəqəmsal dəstək üzrə mütəxəssis Rabitə Bank
Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Tech Academy bunu nəzərə alaraq Azərbaycanda və xaricdə bu sahə üzrə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafları üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. İnsanlara yeni karyera qurmaq …
Kərim Kərimli
Front End proqramçı Virtual Card / Lardi - Trans
Tech Academy mükəmməl bir bootcampdır. Hər zaman dediyim kimi illəri və ayları həftələrə çevirən bir düşərgədir. Hər kəsin Akademiyada sənə yanaşmağı çox xüsusidir, verdiyi təhsil və məsləhətlər yüksək səviyyədədir. Akademiyada təhsil aldığım və təhsilimdən sonrakı vaxtlarda mənə köməklik göstərən hər kəsə səmimi qəlbdən təşəkkürümü bildirirəm …

Akademiya haqqında ümumi məlumat

Niyə Tech Academy?

Tech Academy ailəsinə qoşularaq xarici və yerli startup layihələrdə təcrübə keçə, həmçinin iş imkanları əldə edəcəksən. Tech Academy-də işlənən layihələr tələbələrə real praktika qazanmağa, şəxsi portfoliolarını tərtib etməyə və uğurlu karyera qurmağa zəmin yaradır. Flipped Classroom metodu ilə 70% təcrübə əsaslı tədris daha çox praktika imkanı yaradır. Və beləliklə tələbələrimiz öyrəndiklərini asanlıqla tətbiq etməyi də öyrənir, eyni zamanda dəstək komandasının nəzarəti ilə doğru addımlarla inkişaf edir.

Təqaüd proqramında iştirak üçün
qeydiyyat

Tech Academy həm əyani, həm də distant formatda Web Programlaşdırma
dərsləri tədris edir.