Loading...

Tech Academydə təqaüd fürsəti!

30 Sentyabr, 2021 icon-read 889 view
news-picture

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Tech Academy Əlavə Təhsil Mərkəzi birgə əməkdaşlıq çərçivəsində təqaüd proqramı elan edib. Bu  layihənin məqsədi gənc proqramçıların yetişdirilməsi və ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir.  Layihə çərçivəsində 40 nəfər yüksək ixtisaslı gənc kadr yetişirdirilməsi nəzərdə tutulub. 

Təqaüd proqramı çərçivəsində seçilən gənclər bu sahədə ən çox tələb olunan kurslarda ödənişsiz və güzəştli təhsil almaq imkanı qazanacaq. Bütün mərhələləri uğurla keçən gənclər Full Stack Python Web Programming və Full Stack JavaScript Web Programming (MERN) sahələri üzrə təhsil alacaqlar.

Təqaüd proqramında texnoloji bilik, bacarıq və şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan 15 yaş və üzəri şagirdlər, tələbələr, ali təhsilini başa vurmuş şəxslər, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən hər kəs 6 oktyabr tarixinə qədər qeydiyyatdan keçə bilər. 

Qeydiyyatı uğurla tamamlayan gənclər daha sonra müsahibələr və test imtahanında iştirak edəcəklər. Bütün mərhələləri uğurla keçən gənclər layihənin iştirakçısı olmaq hüququ qazanacaqlar. İştirakçıların təhsil haqları nazirlik tərəfindən ödəniləcək.

Dövrün tələblərinə uyğun olaraq hazırlanan bu qısamüddətli və intensiv tədrisi bitirən iştirakçılar işlə təmin olunma şansı qazanacaq.