Loading...

Tech Academy-nin təşkilatçılığı ilə baş tutmuş Google AI Hacakthon-un qalibləri bəlli oldu!

11 İyun, 2024 icon-read 134 view
news-picture

Google AI Hackathon baş tutdu!

Tech Academy-nin təşkilatçılığı ilə Google AI Hackaton həyata keçirildi.  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ev sahibliyi etdiyi hakaton Bakcell-in rəsmi sponsorluğu ilə baş tutub.

Gemini Platformasında İnnovativ Layihələr

2 gün ərzində davam edən hakatonda, 21 komanda olmaqla 83 iştirakçı Gemini platforması ilə innovativ layihələr üzərində işləyib. Hər bir komanda öz yaratdığı həlləri nümayiş etdirərək texnologiya sahəsindəki yenilikləri və yaratdıqları layihələri təqdim ediblər.

21 komanda, 83 iştirakçı yarışdı.

Hakaton zamanı komandalara 2-si "Google" əməkdaşı olmaqla ümumilikdə 11 mentor dəstək oldu. Bu peşəkarlar, iştirakçıların layihələrini inkişaf etdirmək və ən yaxşı nəticələrə nail olmaq üçün vacib tövsiyələr verdilər. 5 nəfərdən ibarət münsiflər heyəti komandaların layihələrini qiymətləndirərək qalibləri müəyyən edib.

Hakatonun Qalibi

Hakatonun qalibi Codage komandası oldu və onlar birinci yerə layiq görülərək 3000 AZN mükafat qazandılar. İkinci yerə layiq görülən JoshuaVerse komandaya 2000 AZN, üçüncü yerə layiq görülən Libra Spark komandalarına isə 1000 AZN mükafat təqdim edildi. Mükafatlar, yaradıcı və innovativ layihələrin inkişafına töhfə vermək və gənc texnologiya mütəxəssislərini dəstəkləmək məqsədi daşıyırdı.

Yeni Bacarıqlar və Şəbəkələşmə İmkanları

"Google AI Hakaton" tədbiri iştirakçılara yeni bacarıqlar qazanmaq, digər mütəxəssislərlə şəbəkələşmək və gələcəkdə daha böyük layihələrdə iştirak etmək üçün unikal bir fürsət yaratdı. Hakatonun məqsədi, Azərbaycanda rəqəmsal texnologiyaların inkişafına dəstək olmaq və yenilikçi həllər yaratmaqdır.

Növbəti tədbirlərlə bağlı məlumatları qaçırmamaq üçün izləmədə qalın.