Loading...

Tech Academy nin tələbələri "Technest" təqaüd proqramı çərçivəsində innovativ ideya və layihələr müzakirə olunan görüşdə iştirak edib

12 Mart, 2022 icon-read 5297 view
news-picture

Tech Academy”nin tələbələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən “Technest’’ təqaüd proqramı çərçivəsində innovativ ideya və layihələrin müzakirə olunduğu görüşdə iştirak ediblər.

 Keçdiyimiz günlərdə nazirliyin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyində “Technest” təqaüd proqramının tələbələri ilə görüş keçirilib. Tech Academy”nin tələbələri də bu görüşdə iştirak edərək öz innovativ fikirlərini tədbir iştirakçıları ilə paylaşıblar.

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş zamanı tələbələr 20-dən çox innovativ ideya və layihə təqdimatı keçiriblər.

Nazir “Technest” təqaüd proqramının dəstəyi ilə gələcək karyera yolunu seçən gənclərin nəticələrini və onların paylaşdıqları ideyaları yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, “Technest” milli brendinin qurulmasında əsas hədəf smart nəslin formalaşmasında önəmli rola sahib olmaqdır.

 

"İnanıram ki, “Technest” milli brendə çevrilərək smart nəslin formalaşmasında önəmli rol oynayacaq. Proqramın bu ilki nəticələri bizi çox ruhlandırır. İKT üzrə bir sıra kurslarda təhsil alan 50 tələbəmiz artıq müxtəlif müəssisələrdə işlə təmin olunub. Qısa müddətdə bu olduqca yüksək nəticədir” – deyə cənab nazir Rəşad Nəbiyev vurğulayıb.

Qeyd edək ki, “Technest” təqaüd proqramının əsas xüsusiyyəti yuxarı sinif şagirdlərinin məktəblərdə təhsil almaqla yanaşı, rəqəmsallaşan dünyanın tələb etdiyi yeni peşə sahələri üzrə də öz bilik və bacarıqlarını əhəmiyyətli şəkildə inkişaf etdirə bilmələridir. Şagirdlər təkcə qabaqcıl İKT proqramlarının istifadəçiləri kimi deyil, həm də onların yaradıcıları kimi yetişdirilirlər.

 

Adı çəkilən təqaüd proqramında Tech Academy” tələbələri akademiyamızı layiqli şəkildə təmsil edə biliblər. Hətta tələbələrimizdən biri proqramın onun şəxsi inkişafına və peşəkar kariyerasına göstərdiyi təsirdən də söz açaraq “ 4 ildə öyrənə bilmədiklərimi 4 ayda Tech Academy`də öyrəndim”-deyə vurğulamışdır.

Sözügedən proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən başlamış bu layihə informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini təmin etmək, bu sahədə mövcud olan çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə vermək məqsədi daşıyır. Proqram çərçivəsində 120 məktəbli, 618 tələbə və məzun bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/UI” dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alırlar.