Loading...

Ödənişsiz kodlaşdırma öyrənmək və TECH ACADEMYDƏ mentor olaraq işləmək indi daha əlçatan oldu!

23 İyun, 2022 icon-read 1538 view
news-picture

Həm ödənişsiz proqramlaşdırma təlimi, həm də iş fürsətinə eyni anda sahib ol! Sən də bu proqrama form linkinə daxil olaraq qeydiyyatdan keçə bilərsən.

Tech Academy olaraq bölgələrimizdə texnologiya sahəsinin inkişafını hədəfləyən yeni mentorluq proqramını təqdim edirik.

Proqram ərzində Zaqatala, Sumqayıt və Mingəçevirdən olan 9 gəncin gələcəyin proqramçısı kimi yetişməsinə dəstək olmağı hədəfləyirik. 3 ay ərzində Bakıda təlimlərə qoşulacaq mentorlar Java, JavaScript və Python sahəsində yetişdiriləcəklər həm veb proqramlaşdırma sahəsində və həm də akademiyamızda mentor kimi kariyera qurmaq fürsəti əldə edəcəklər.

Əgər sən:
•    Qeyd edilən yerlərdə yaşayırsansa və proqramdan sonra regionda qalıb işləməyə həvəsin varsa;
•    Yaşın 18-dən yuxarıdırsa;
•    Şəxsi komputerin varsa; 
•    Evində sürətli internetin varsa;
•    Gün ərzində 8 saatını bu sahə üçün ayıra bilərsənsə;
•    Layihə ərzində 3 ay Bakıya gəlib, yaşaya bilərsənsə;
•    İntermediate səviyyədə İngilis dili biliyinə sahibsənsə;
•    Məntiq və Riyaziyyat biliyin güclüdürsə;
•    Kariyeranı yalnız  İT sahəsi üzrə qurmaq istəyirsənsə.

Qeydiyyatdan keç və bu fürsətdən sən də yararalan!

Təlim və Bakıda qalma xərcləri Tech Academy tərəfindən qarşılanır. 

Son qeydiyyat tarixi: 27 iyun, 2022