Loading...

Proqramlaşdırmanı özüm (evdə) öyrənə bilərəm və ya proqramlaşdırma öyrənməyə haradan başlaya bilərəm?

Jalə Abdullabəyli Author
08 İyul, 2022 icon-read 3603 oxunma

Proqramlaşdırmanı özüm (evdə) öyrənə bilərəm və ya proqramlaşdırma öyrənməyə haradan başlaya bilərəm?

Proqramlaşdırmanı müxtəlif mənbələrdən öyrənə bilərsiniz. Buraya məktəb, kurs, kitab və internet saytları aiddir.

Proqramlaşdırmanı təkbaşına öyrənmək istəyənlər üçün başlanğıc nöqtə çətin ola bilər, çünki hansı öyrənmə metoduna üstünlük verəcəksinizsə, uğurlu olmaq üçün sizə müəyyən qədər qətiyyət və bacarıq lazım olacaqdır. Amma xoşbəxtlikdən proqramlaşdırma bilinənin əksinə çox çətin bir elm deyil.

Proqramlaşdırma öyrənməyin ən yaxşı yolu başlamaqdır. Siz başlasanız, davamı da gələcək, amma hardan başlayacağınızı bilmirsinizsə, gəlin birlikdə haradan başlaya biləcəyinizi öyrənək.

Əvvəlcə seçiminizi edin

Proqramlaşdırma  öyrənməyə haradan başlayacağınıza qərar vermədən əvvəl qərar verməli olduğunuz ən vacib məqam isə  vebsayt, Windows üçün proqram , yoxsa mobil platformalar üçün proqrammı hazırlamaq istədiyinizdir.

Hansı proqramlaşdırma dilinə üstünlük verilməlidir?

Hansı proqramlaşdırma dilini öyrənməliyəm?”- sualını verən zaman qərarınızı istiqamətləndirəcək bir çox fərqli amil var. Çoxu şəxsi olan bu amillərdən bəziləri yaşadığınız yer, gələcək karyera perspektivləri və digər şeylərlə bağlıdır.

"Hansı proqramlaşdırma dilini öyrənməliyəm, proqramlaşdırmaya haradan başlamalıyam?" deyə soruşduğunuz zaman aşağıdakı məqamları dəyərləndirməlisiniz.

1. Proqramlaşdırma təcrübəniz: 

Ən vacib ilk şey proqramlaşdırma üzrə olan təcrübənizdir. Ən yaxşı proqramlaşdırma dillərindən bəzilərini öyrənmək olduqca çətindir və yeni başlayanlar üçün uyğun deyil.

2. Karyera yolunuz və nə etmək istəyirsiniz:

Bu, təsadüfi bir proqramlaşdırma dilini öyrənmək üçün edilən ən çox yayılmış səhvlərdən biridir. Seçərkən məqsədinizi müəyyənləşdirməli, karyeranıza və gələcəkdə nə etmək istədiyinizə qərar verməlisiniz. Əvvəlcə, hazırda nə ilə maraqlandığınızı düşünün. Karyeranızın sonrakı mərhələlərində bədbəxt olacağınız məşhur bir sahəyə müraciət etmək yəqin ki, sizi narahat edəcək. Keçmiş təcrübələrinizə uyğun və əlaqəli bir dil seçmək çox faydalı olacaq. Əgər yeni fəaliyyətə başlayırsınızsa və ya yeni sahəyə keçməyi düşünürsünüzsə, bu işdə sizə kömək edə biləcək proqramlaşdırma dilini seçin.

3. Proqramlaşdırma dili çətinliyi:

"Hansı proqramlaşdırma dilini öyrənməliyəm?" sualı üzərində düşünərkən dilin çətinliyini də nəzərə almaq çox vacibdir. Əgər yeni bir dil öyrənmək üçün çox vaxtınız yoxdursa və ya tələbəsinizsə, çətinlik səviyyəsi aşağı olan proqramlaşdırma dilini seçmək barədə düşünməlisiniz.

4.Öyrənmək üçün mövcud olan mənbələr:

Əgər yeni bir proqramlaşdırma dilini öyrənməyə başlamaq istəyirsinizsə, bu, internetdə çoxlu resursu olan məşhur dillərdən biri olmalıdır.

Mütləq Layihə Hazırlayın

Proqramlaşdırma öyrənməyin ideal yolu layihə hazırlamaqdır. Özünüz sıfırdan sadə bir layihə hazırlayaraq proqramı daha səmərəli öyrənirsiniz. Məsələn, veb üçün sıfırdan bir blog saytı yazmağa, mobil üçün riyaziyyat testi hazırlamağa, Windows üçün təqvim proqramı hazırlamağa çalışın. Bunlar sizə pul qazandıracaqmı və ya işinizə yarayacaqmı deyə narahat olmayın. Sadəcə proqramlaşdırma öyrənmək və özünüzü inkişaf etdirmək üçün bunu edin.

                                                             

 

Məşhur veb saytları klonlayın

Bunu etməklə sizin limitsiz seçimləriniz olacaq və siz ən yaxşı proqramçılar tərəfindən yaradılmış veb saytların klonlarını yaratmaqda şansınızı sınaya biləcəksiniz. İstədiyiniz kimi elementləri əlavə etmək və ya dəyişdirməkdə sərbəstsiniz.

Bəs ilişib qalsam?

Kodunuz işləmir və necə düzəldəcəyinizi bilmirsinizsə, narahat olmayın. Qarşılaşdığınız demək olar ki, hər bir mümkün problemlə daha əvvəl başqası da üzləşib. Ona görə də bir gün ilişib qalsanız:

Google-da axtarın

Google-da düzgün axtarış etmək sizi kodlaşdırmada çox irəli aparacaq. Bu sayədə siz problemlərinizə asanlıqla həll yolu tapacaqsınız.

Mənbə koduna baxın

Veb saytları klonlamağı planlaşdırırsınızsa, bu xüsusilə vacib bir bacarıqdır. Seçdiyiniz veb saytı klonlamaqda ilişib qalsanız, veb saytda sağ klikləyin və "elementi yoxlayın" (inspect element) üzərinə klikləyin. Bundan əlavə, yaxşı kod nümunələrinə baxmaq proqramlaşdırma bacarıqlarınızı təkmilləşdirmək üçün bir açardır.

Nəticə

Öz-özünə öyrənərək bir proqramçı olmağınız tamamilə mümkündür. Ancaq bu, uzun və çətin bir proses olacaq. Bu yolda hər kəsə uğurlar arzulayırıq.