Loading...

Proqramçılar Üçün Xaricdə Remote İşləmək Üstünlükləri Və Bilməli Olduqları Məsələlər

Javid Aliyev Author
31 May, 2022 icon-read 3225 oxunma

Proqramçılar Üçün Xaricdə Remote İşləmək Üstünlükləri Və Bilməli Olduqları Məsələlər

 

Gündəmdə bir çox İT şirkətləri öz regionunda əməkdaşların axtarışı problemi ilə üzləşirlər. Əmək bazarında əvvəlki illərə nisbətən daha çox təklif ofisdən kənar (remote) işlərlə bağlı gəlməkdədir. Əsasən pandemiya şəraitində dünyada işləyən əhalinin 18%-i və şirkətlərin 16%-i tamamilə distans iş rejiminə uyğunlaşmışdır. Bu rəqəmlər çox da yüksək görünmür, lakin 2025-ci ilə qədər işçi qüvvəsinin 70%-nin ayda ən azı beş gün uzaqdan işləyəcəyi proqnozlaşdırılır. Məhz buna görə də uzaqdan işin faydalarını yenidən nəzərdən keçirərək, bu dəyişikliklərə indidən hazırlaşmaq məqsədəuyğun olardı.

         Remote işləmək artıq bir tendensiya deyil - bu, artıq bir reallıqdır ki, əksər işçilər və müəssisələr faydalana bilər. Aşağıda remote işlərlə bağlı son illər ərzində yığılan statistikaya nəzər salaq:

  • 30% Amerika vətəndaşlı proqramçılar remote olaraq işləyir
  • Remote işləyən insanların 80%-ı bunu dostuna tövsiyə edər
  • 2009-cu ildən bəri remote işləyən proqramçıların sayında 159% artım var
  • 2026-cı ilə qədər 40,7 milyon amerikalı proqramçı remote işləyəcək

Səhiyyə, maliyyə xidmətləri və İT remote işləməyə ən çox uyğunlaşa bilən sənayelərdir.

 

Biznes və Onların Proqramçıları üçün Remote çalışmağın əsas üstünlükləri

         Biznes üçün:

  • Xərclərə qənaət. Tədqiqata görə, şirkətlər işçi vaxtın ən azı yarısını remote işləyərkən hər bir işçiyə ildə 11 min dollar qənaət edə bilərlər. Bu rəqəm daha aşağı ofis icarəsi xərclərini, işçilərin daha yaxşı məhsuldarlığını və daha yaxşı saxlama xərclərini nəzərə alır.
  • Qlobal iş mühiti. Qlobal miqyasda işə götürmək, mədəni müxtəlifliyi qəbul etmək və xüsusi istedad boşluqlarını aradan qaldırmaq imkanı remote rejimə keçməyi planlaşdıran şirkətlər üçün başqa bir üstünlükdür. Menecerlərin 84%-i hesab edir ki, tam uzaqdan komandaya malik olmaq yeni normadır və belə yanaşma mənfi cəhətlərdən daha çox müsbət cəhətlərlə gəlir.
  • Daha yaxşı bağlılıq. İşçilərə uzaqdan işləmək imkanı vermək həm də dövriyyəni azaltmaq və işçiləri saxlamağı yaxşılaşdırmaq üçün bir yoldur. Tədqiqata görə, remote və ya ən azı çevik iş rejiminə sahib olmaq dövriyyəni 50% azaltmağa imkan verir.

Proqramçı üçün:

  • Çeviklik (Flexibility). Statistikaya görə, flexible cədvəl uzaqdan işləyənlər tərəfindən yüksək qiymətləndirilən üstünlükdür. Full flexible iş həmişə mümkün olmasa da, xüsusən də komanda və müştərilərlə müxtəlif vaxt zonalarında işləməli olduğunuz zaman, vaxtınızı qismən təkbaşına idarə etmək imkanı hələ də həvəsləndiricidir.
  • Daha az stress. Uzaqdan işləyən işçilərin 57%-i evdən işləyərkən adi işdən sonrakı rifah halları ilə müqayisədə daha az stress hiss etdiklərinə razıdırlar. Daha az stress, öz növbəsində, daha yaxşı məhsuldarlıq və daha çox məşğulluq deməkdir ki, bu da həm işçilər, həm də biznes sahibləri üçün faydalıdır.
  • İş-Həyat arasında tarazlıq. İş-həyat balansını daim dəstəkləmək remote işləyən proqramçıların ən böyük faydasıdır. Onların 75%-i remote iş rejiminə keçdikdən sonra daha dolğun həyat sürməyə başladıqlarına əmindirlər.

Ofis rejimini tərk etməyə qərar verən hər kəs üçün daimi uzaqdan işləməyin faydaları fərqlidir. Nümunə olaraq başqa coğrafi bölgəyə köçmədən iri xarici şirkətlərdə işləmək imkanı, frilans işlərlə müqayisədə sabitliyin olması, fərqli valyuta məzənnəsi vasitəsi ilə ödənişin olunması və s. göstərmək olar. Azərbaycanda hal-hazırda xarici şirkətlərdən ödəniş almaq üçün 2 üsul mövcüddur:

  1. VÖEN vasitəsi ilə bank hesabı açmaq
  2. Payoneer (PayPal) ödəniş sistemində hesab açmaq

Remote işləyən yerli proqramçılar vergi hesabını (VÖEN) aşağıdakı qaydada aça bilərlər:

  1. Hər hansı Asan xidmətə müraciət edərək VÖEN açmaq. İlk 3 gün ərzində sürətli şəkildə şəxsin adına VÖEN açılır.
  2. Asan imza üçün mobil operatorun hər hansı şöbəsinə yaxınlaşaraq nömrəni asan imzaya çevirmək.
  3. Asan xidmətə yaxınlaşıb Asan imzanı təstiqləmək.
  4. VÖEN və Asan imzada qeyd olunan şifrələrdən istifadə edərək “E-taxes”də hesab açmaq üçün ərizə göndərmək.
  5. Hesabın açılması ilə bağlı təstiq gəldikdən sonra hər hansı banka yaxınlaşaraq bank hesabı açmaq. Kapital bank seçirsinizsə, “Müştəri bank” proqramını yükləyərək hesab açmaq mümkündür.
  6. Bank hesabında qeyd olunan “SWIFT” kodunu həmin şirkətin mühabinə bildirmək.

Payoneer hesabı açmaq üçün veb tətbiqlərinə daxil olaraq kart sifariş etmək mümkündür. 90 gün ərzində yaşayır yerinizə kart çatdırılır. Payoneer kartından istifadə edərək Amerika və bir sıra Avropa ölkələrindən ödəniş almaq mümkündür.