Loading...

Proqramçılar üçün ruhlandırıcı resurslar. Baxılmalı olan texnologiya yönümlü filmlər

Qara Rzayev Author
11 Avqust, 2022 icon-read 1453 oxunma

Proqramçılar üçün ruhlandırıcı resurslar. Baxılmalı olan texnologiya yönümlü filmlər

Texnologiya təkcə həyatımızı dəyişdirmir, həm də kino sahəsinidə formalaşdırır. Təbii ki, bu dəyişiklik təkcə çəkiliş və istehsal baxımından deyil, həmçinin filmlərin mövzu və məzmunu da texnologiya ilə formalaşır. Kino tarixi boyu gələcəkdən bəhs edən fantastika janrı ən çox diqqət çəkən janrlar sırasında olub. Bu səbəbdən bu janrda olan ən yaxşı filmləri sizlərə təqdim edirik.

1.Who Am I   ( IMDB:  7.5/ 10)

Who Am I - 2014-cü ildə Baran bo Odarın rejissorluğu ilə çəkilmiş, texno-triller janrında filmdir. Film Berlindəki dünya şöhrətli bir qrup hakerdən bəhs edir. Clay adlanan haker qrupu Benjamini öz sıralarına dəvət etdikdə Benjamin bu təklifi qəbul edir, lakin başına nə gələcəyindən xəbərsizdir.

2.   Social Network  ( IMDB:  7.8/ 10)

Social Network - 2010-cu ildə David Fincher’in rejissoru olduğu, baş rollarda Jesse Eisenberg və Andrew Garfield’ın oynadığı, 3 Oskar mükafatı almış filmdir. Filmdə günümüzün ən böyük sosial şəbəkələrindən biri olan “Facebook”un yaradılmasından bəhs edilir. Sosial şəbəkənin böyük uğuru Harvard Universitetindəki tələbələrin ömürlük həyatını dəyişir. 2004-cü ildə yaradılan bu şəbəkə onları bir neçə il ərzində ABŞ-ın ən gənc multimilyonerlərinə çevirir.

3.   I, Robot  ( IMDB:  7.1/ 10)

I, Robot - 2004-cü ildə rejissor Alex Proyas tərəfindən çəkilmiş və baş rolda Will Smith’in olduğu elmi fantastika janrında olan bu filmdə hadisələr 2035-ci ildə baş verir. Elm və texnikada əldə olunan nailiyyətlər hesabına insanların həyatı dəyişmişdir. Robotlar həyatın bütün aspektlərinə sirayət edib. Xadimədən tutmuş, xilasediciyə kimi müxtəlif vəzifələrdə insanları əvəz edib təmənnasız və qərəzsiz şəkildə sahiblərinə və ümumilikdə cəmiyyətə xidmət edirlər. Onların hər birinin proqramına 3 maddədən ibarət qanun yazılıb. 1. Robotlar insana zərər verməməli və onlara zərər verilməsinin qarşısını almalıdırlar. 2. Birinci maddənin tələblərini pozmadığı təqdirdə, insanların verdiyi əmrlərə tabe olmalıdırlar. 3. Birinci və ikinci maddənin tələblərinə zidd olmadığı təqdirdə özlərini qorumalıdırlar. Lakin insanlar məşhur professorun müəmmalı ölümündə qaçaq düşmüş bir robotu günahlandırırlar. Onlar süni intellektin necəsə bu üç maddəli qanunu pozduğunu iddia edirlər. İnsidentin araşdırılması və cinayətkar robotun dindirilərək, istismardan çıxarılması robotlara nifrət bəsləyən Çikaqo polisi Del Spuner’ə həvalə olunur…

4.   The Imitation Game  ( IMDB:  8.0/ 10)

The Imitaion Game - 2014-cü ildə rejissor Morten Tyldum tərəfindən çəkilmiş və baş rollarda Benedict Cumberbatch ve Keira Knightley’in olduğu bu filmdə riyaziyyatçı Alan Turinqin İkinci Dünya Müharibəsi zamanı nazilərin istifadə etdiyi Eniqma kodunu deşifrə etmək cəhdindən bəhs edilir. Ölkənin ən mühüm riyaziyyatçıları ilə birlikdə seçilən Alan Turinq qrupun ən iddialı və eyni zamanda ən ağıllısıdır. Bununla belə, o, ağıllı olduğu qədər də anlaşılması çətin biridir. Bu anlaşılmazlıq ətrafındakı insanlararasında problemlərə səbəb olacaq. Lakin o, problemləri həll etməli və bu kodu deşifrə etməlidir. Çünki ölkəsinin və müttəfiqlərinin gələcəyi ondan asılıdır.

5.   Ex Machina  ( IMDB:  7.7/ 10)

Ex Machina - 2015-ci ildə rejissor Alex Garland tərəfindən çəkilmiş bu filmdə Turinq testi üçün süni intellektə malik humanoid robotu idarə etmək üçün Nathan Bateman tərəfindən dəvət olunan proqram tərtibatçısı Kaleb Smithin hekayəsindən bəhs edilir. Film həmçinin, şirkətlərin daha yaxşı süni intellekt istehsal etməyə çalışdığı müasir dünyada diqqət yetirilməsi vacib olan məsələləridə önə çəkir.

6.   Pirates of Silicon Valley  ( IMDB:  7.2/ 10)

Pirates of Silicon Valley - 1999-cu ildə rejissor Martyn Burke tərəfindən çəkilmiş bu filmdə Steve Jobs ve Bill Gates arasındakı rəqabətin ilk günlərindən bəhs edilir. “The Making of the Personal Computer” kitabına əsaslanan film, Jobs və Gates’in kollec illərindən başlayaraq Microsoft və Apple şirkətlərinin yaradılmasını xülasə edir və ilk fərdi kompüterin hazırlanması üzrə rəqabətdən bəhs edir.