Loading...

Flipped Classroom Metodu nədir?

Tech Academy Author
03 Noyabr, 2021 icon-read 2967 oxunma

Bildiyinz kimi Tech Academy Azərbaycanda IT təhsili verən mərkəzlər arasında ilk Python proqramlaşdırma dilini Bootcamp formatını tətbiq edən təhsil mərkəzi olmuşdur. Daim ilklərə imza atan Tech Academy tələbələrin ən effektiv öyrənməsinə üstünlük verərək “Flipped Classroom” metodunu da uğurla sınaqdan keçirmiş və hal-hazırda tətbiq etməkdədir. Proqramlaşdırma kurslarımıza qoşularaq Siz də bunun şahidi ola bilərsiniz.

“Flipped Classroom” metodu nədir?

Hərfi tərcüməsi İngilis dilindən “Flipped Classroom” yəni çevrilmiş, döndərilmiş sinif mənası olan bu metod adından da göründüyü kimi ənənəvi öyrənmə metodlarını başı aşağı çevirən bir metoddur.

Yaranma tarixi

Bu metodun tarixinə nəzər salsaq görərik ki, ilk dəfə 1993-cü ildə Alison King adlı yazıçı "Sage on the Stage to Guide on the Side" adlı kitabında dərs zamanı tələblərə məlumat ötürülməsindən çox mövzunu daha yaxşı anlamaq üçün dərs vaxtından istifadənin əhəmiyyətinə diqqət çəkərək bu metoda işarət etdi. Bu kitabda Flipped Classroom konsepsiyası birbaşa göstərilməsə də, Kingin fəaliyyəti təhsil sahəsində bu metodun yaranmasına təkan verici imkanlar yaratdı.

Bununla da müxtəlif illər ərzində mövcud texniki imkanlarla fərqli öyrənmə metodları ilə hər tələbənin ehtiyacını qarşılayacaq bir stategiya axtarışına başlanıldı.

2000-ci ildə ABŞ-da bəzi univeristetlərdə dərsləri video formada qeydə almaq kimi şərait yaradıldı. Tələbələr üçün yaradılmış bu şərait bu metodun daha da faydalılığını biruzə verməyə başladı.

Necə məşhurlaşdı?

Flipped Classroom metodunun günümüzə qədər yayılmasının ən böyük səbəbkarları isə 2007-ci ildə ABŞ-da Woodland Park liseyində Jonathan BergmanAaron Sams adlı iki kimya müəlliminin fəaliyyətləri olmuşdur.

BergmanSams idman yarışlarına məcburi qatılan məktəb şagirdlərinin dərsləri buraxdıqda dərslərdəki əskiklikləri tamamlamaqda çətinlik çəkdiklərini müşahidə edirdilər. Bir gün Sams texnalogiya jurnalında Power Point təqdimatlarını səsləndirərək video formatında hazırlaya biləcəyi bir proqramla tanış olur. Bununla da hər iki müəllim idman və müxtəlif səbəblərdən dərslərə qatıla bilməyən şagirdlər üçün video dərslik hazırlamağa qərar verirlər. Bununla da hazırladıqları videoları internetə yükləyərək dərslərə qatıla bilməyən tələbələr buraxdıqları dərsləri öyrənə bilirlər. Bu videolar qısa zamanda digər tələbələrin də marağını çəkir və dərslərdə iştirak edən tələbələr də videoları izləməyə başlayırlar. Beləliklə tələbələr bu videoları təkrar-təkrar izləyərək dərsdə anlamadıqları məqamları öyrənə bilirdilər və öyrəndiklərini daha da möhkəmləndirirdilər. Hətta bu videolardan imtahana hazırlaşanda da istifadə edirdilər. Bu metodun şöhrəti qısa zamanda ölkənin təhsil müəssisələrində yayılmağa başlayır və fərqli məktəblərdə, fərqli müəllimlər tərəfindən də istifadə edilməyə başlanılır.

Bu təcrübənin sonunda Sams tədris planının üzərindən bir də keçilməsi və yenilənməsini təklif edir. Tələbələrin bu videolar vasitəsi ilə evdə özləri müstəqil öyrənə bilmələrini və dərs zamanı müəllimlərlə daha çox praktiki işlər və məsələlər üzərində işləmələri tərəfdarı oduğunu bildirir. Nəhayətində inandıra bilir və bu metod tədris planına əlavə olunur. Beləliklə Flipped Classroom metodu bu şəkildə yaranır. 1 il sınaq müddətində bu metod uğurlu nəticə verir və xəbər kanallarında yer alaraq popularlaşır. “ Flipped Classroom” adı da yerli mediya tərəfindən qoyulmuş addır.

Göründüyü üzrə bu metod sayəsində tələblər üçün ənənəvi sıxıcı metod sayılan mühazirə formatını tərsinə çevirir. Tələbələr hər yeni dərsin izahını müəllimlər tərəfindən hazırlanan video dərsliklə bir gün öncəsində izləmə imkanı əldə edirlər. Nəticədə canlı dərs zamanı onlara aydın olmayan məqamlar izah edilir, sualları cavablandırılır, daha çox praktiki məsələ və layihələr üzərində işləyərək bilikləri möhkəmləndirilir.