Loading...

Tech Academy və Technest-in birgə əməkdaşlığı ilə “Bölgələrdə ödənişsiz Təqaüd Proqramı” təşkil olunur

27 Sentyabr, 2022 icon-read 1274 view
news-picture

İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi və Tech Academy Əlavə Təhsil Mərkəzi- nin birgə əməkdaşlığı ilə texnologiya sahəsində bölgələri əhatə edəcək və yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi üçün İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən ödənişsiz təqaüd proqramı elan edilmişdir. Təqaüd proqramında texnoloji bilik, bacarıq və şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan 18 və yuxarı yaş həddində olan:

  • Tələbələr;
  • ali təhsilini başa vurmuş;
  • Məntiq və Riyazi biliklərinə güvənən;
  • Təqaüd proqramı müddəti ərzində hər gün ən azı 4 saatını dərslərə ayıra biləcək;
  • Təqaüd proqramı müddəti bitənədək davamiyyət göstərən və təqaüd proqramına məsulliyyətlə yanaşan;
  • Təqaüd proqramında texnoloji bilik, bacarıq və şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən və yuxarıdakı şərtləri ödəyən hər kəs

Layihənin məqsədi regionlarımızda informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir.

İştirakçılara:

  • Yeni və global dünyada tələblərin artdığı bir sahədə - proqramlaşdırma sahəsində karyera imkanı;
  • Yüksək səviyyəli mentor və müəllim heyyəti tərəfindən keçirilən nəzəri biliklər;
  • Startup mühitində networking imkanları;
  • Tədrisat zamanı real layihələr üzərində çalışmaq və portfolio formalaşdırmaq;
  • Real iş şəraitində tətbiq edilə biləcək komanda işi, stresə davamlılıq, nəticəyönümlü çalışmaq, vaxt idarəetməsi kimi bir çox "Soft Skill"-lərin öyrədilməsi
  • Təqaüd prosesində yüksən nəticə göstərən iştirakçıların işlə təmin olunması üçün Tech Academy və İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən şərait yaradılması;

Tədris olunacaq Proqramlaşdırma dilləri aşağıdakılardır:

  • Back End Veb Proqramlaşdırma (Python)
  • Front End Veb Proqramlaşdırma (JavaScript)
  • Back End Veb Proqramlaşdırma (Java)

İştirak etmək istəyən hər kəs https://www.scholarship.tech.edu.az/ linkə daxil olaraq qeydiyyatdan keçə biləcəkdir. Son qeydiyyat tarixi 12.10.2022-ci ilədəkdir.